Puerto-Rikodan olan Stefani Del Valle adlı qız “Dünya gözəli-2016” titulunu qazanıb. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da keçirilən “Dünya gözəli-2016” yarışması bazar günü başa çatıb.
Finalda 5 ölkə təmsilçisi iştirak edib: Puerto-Riko, Keniya, İndoneziya, Dominikan Respublikası, Filippin.
“Dünya gözəli-2016” yarışması 1951-ci ildən keçirilir.