Modern.az

Əkbər Qoşalı Makedoniyaya gedir

Əkbər Qoşalı Makedoniyaya gedir

Aktual

19 Dekabr 2016, 10:33

O, “Yəhya Kamal Bayatlı”  Türkcə Şeir Şölənində çıxış edəcək


 21 dekabr taxrixi 1944-cü ildə Makedoniya türklərinin türkcə təhsil haqlarını qazandığı gün olaraq qəbul edilib. Bu anlamlı günün bayram olaraq qeyd edilməsilə əlaqədar, 15 fevral 2007-ci ildə Makedoniya rəsmi qəzetində yayınlanan qərar ilə 21 dekabr günü Makedoniya türkərinin milli bayramı olaraq qutlanmağa başlanıb.

21 dekabr – Türkcə Təhsil Günü qutlamaları Makedoniyada çeşidli sahələrdə fəaliyyət göstərən 65-dən çox ictimai birliyin konfederativ quruluşu olan Makedoniya Türk QHT-ləri Birliyi (Makedoniya Türk Sivil Toplum Təşkilatları Birliyi – MATÜSİTEB) tərəfindən 2008-ci ildən bəri düzənlənməkdədir.

Bu çərçivədə, 20 dekabr 2016-cı ildə Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək “Yəhya Kamal Bayatlı” Türkcə Şeir Şölənində, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü, şair-publisist Əkbər Qoşalı da çıxış edəcək.

Səfər ayın 23-də başa çatacaq.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər