Modern.az

Bakıda YANĞIN: 9 ailə evsiz qaldı, 2 nəfər xəsarət aldı

Bakıda YANĞIN: 9 ailə evsiz qaldı, 2 nəfər xəsarət aldı

Aktual

19 Dekabr 2016, 11:28

Dekabrın 18-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Xocalı (5 ailə), Ağdam (2 ailə) və Laçın (2 ailə) rayon sakinlərinin yaşadıqları "Çiçək-Pioner" düşərgəsinin yaşayış binasında elektrik naqillərinin qısa qapanmasından yanğın baş verib.

Daxili İşlər Nazirliyimndən Modern.az-a verilən məlumata görə, hadisə nəticəsində 200 kvm. sahədə yanar konstruksiyalar yanıb, xəsrət almış Xocalı rayon sakini İlkin Zamanlıya və FHN-in YMİ-nin əmədaşı Asif Rufullayevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Ağdam rayonundan olan 7 nəfərdən ibarət 1 ailə qəsəbə ərazisindəki 14 saylı poliklinikaya yerləşdirilib, digərləri qohumlarının evinə gediblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər