Modern.az

Suriyada rus desantçıların komandiri öldürülüb

Suriyada rus desantçıların komandiri öldürülüb

Aktual

19 Dekabr 2016, 15:17

Suriyada desant-hücum batalyonun komandiri mayor Sanal Sançirov öldürülüb.

Modern.az xarici mediaya istinadən bildirir ki, o, dekabrın 13-də Kalmıkiyanın Yaşkul qəsəbəsində dəfn olunub.

Hərbçinin öldüyünü qəsəbənin administrasiyasında təsdiqləyiblər.

Bildirilir ki, Rusiya desantçılarının komandirinin Suriyada ölməsi haqda ilk məlumat dekabrın 12-də sosial şəbəkədə yayılıb. Bu məlumatla bağlı Rusiya Müdafiə Nazirliyi heç bir açıqlama verməyib.

Mayor Sançirov 74507 saylı hərbi hissədə xidmət edib. Bu, Volqoqrad vilayətinin Kamışin şəhərində dislokasiya olunan 56-cı əlshiddə desant-hücum briqadasıdır.

Mayorun hansı şəraitdə öldüyü açıqlanmır.

Rusiya 2015-ci il sentyabrın 30-dan Suriyada hərbi əməliyyatlara başlayıb. Bu müddətdə 23 Rusiya hərbçisinin Suriyada ölməsi haqda rəsmi məlumat verrilib.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər