Modern.az

Seyran Ohanyan siyasətə qayıdır

Seyran Ohanyan siyasətə qayıdır

Aktual

19 Dekabr 2016, 16:16

Keçmiş müdafiə naziri prezident aparatının keçmiş rəhbəri ilə birləşib

 

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan yaxın günlərdə siyasətə qayıdışı ilə bağlı bəyanatla çıxış edəcək.

 

Modern.az Ermənistan mediasına istinadən bildirir ki, bunu prezident aparatının keçmiş rəhbəri Viktor Dallakyan bəyan edib.

 

Onun sözlərinə görə, o və keçmiş nazir müxtəlif partiyaların liderləri ilə çoxsaylı görüşlər keçiriblər.

 

“Biz Ermənistanda yaranmış vəziyyəti eyni cür qiymətləndiririk, bizim vəziyyət çıxış yolu kimi eyni təsəvvürlərimiz var. Seyran Ohanyan yaxın günlərdə müvafiq bəyanatla çıxış edəcək, o özünün siyasətə gəlişini bəyan edəcək. Biz Seyran Ohanyanla əməkdaşlıq etməyi planlaşdırırıq”, - yaxınlarda “Üçüncü Respublika” partiyasının sıralarına daxil olan Viktor Dallakyan bildirib.  

 

Seyran Ohanyanın partiyaya rəhbərlik edəcəyi gözlənilmir. Dallakyan keçmiş müdafiə nazirinin siyasi gücün başına keçəcəyi ilə bağlı son günlər yayılan şayiələri dəhşətli hesab edir.

 

“Bizim partiya 2003-cü ildən fəaliyyətdədir, o, yeni deyil”, - Dallakyan əlavə edib.

 

O həm də qeyd edib ki, geniş əməkdaşlıq və blok formalaşdırılması baş tutacağı təqdirdə oraya tanınmış partiya hərbi xadimlər daxil ola bilər, blokun siyahısında birinci olarlar.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər