Avropa İttifaqı (Aİ) bazar ertəsi Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini rəsmi şəkildə 2017-ci il iyulun 31-ə qədər uzadıb.
Modern.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının məlumatında bildirlib.
Qeyd edək ki, sanksiyaların müddəti yanvarın sonunda bitirdi.
Xatırladaq ki, Rusiyaya qarşı iqtisadi sanksiyalar 2014-cü il avqustun 1-də tətbiq edilib və elə həmin ilin sentyabrında bu sanksiyalar genişləndirilib.
Modern.az