İrkutsk Meriyası nəzdində Fövqəladə Vəziyyətlər üzrə Komissiya spirt tərkibli "Yemişan" ("Boyarişnik") məhlulundan kütləvi zəhərlənmə ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan etmək barədə qərar qəbul edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, İctimai Palatada isə müvəqqəti olaraq "Yemişan" məhlulunun satışının qadağan edilməsi barədə fikir səsləndirilib.
İrkutsk Daxili İşlər İdarəsinin məlumatına görə, şəhərdə kütləvi zəhərlənmə faktı ilə bağlı polis tərəfindən daha 5 nəfər saxlanılıb.
Qeyd edək ki, öncə 2 nəfərin saxlanılması barədə xəbər verilmişdi.
Şəhər meriyası fövqəladə vəziyyət boyunca spirt tərkibli məişət və gigiyenik vasitələrin satışını qadağan edib.
İrkutskda həkimlər spirt tərkibli məhluldan zəhərlənmə ilə bağlı vəziyyəti dəyişdirə bilmirlər.
Artıq zəhərlənən 57 nəfərdən 41-i ölüb.
Zəhərlənənlərin əksəriyyəti komaya düşüblər.
Modern.az