Modern.az

Stalinin Acariyanın Türkiyəyə birləşməmsi üçün QURDUĞU OYUNLAR

Stalinin Acariyanın Türkiyəyə birləşməmsi üçün QURDUĞU OYUNLAR

Aktual

19 Dekabr 2016, 20:02

O, türkləri Batumidən qovmaq üçün nələr təklif edirdi?

 

Son günlər prezident Rəcəb Tayyub Ərdoğan qonşu ölkələrdə bir çox vilayətlərin Türkiyəyə qaytarılması haqqında bəyanatlar verir. Modern.az bildirir ki, bunların nə qədər ciddi, yaxud qeyri-ciddi olduğunu müzakirə etmək fikrində deyilik. Məqsədimiz Türkiyə prezidentinin keçmiş türk torpaqları olması ilə bağlı Açarıstanın Rusiya imperiyası dağılandan  sonra bolşeviklərdə qalmasının səbəblərindən danışmaqdır.

1917-ci ildə Rusiya imperiyası dağıldı. İlkin olaraq Finlandiya və Polşa öz müstəqilliyini qazandı.

Həmin ildə indi Gürcüstan ərazisi olan Acarıstanın kimin olması ilə bağlı gərgin mübarizə başladı. Gürcüstan Acarıstanı özünün ayrılmaz toprağı sayırdı. Amma 1920-ci ildə Gürcüstanı sovetləşdirən Rusiya Türkiyə ilə münasibətlərini gərginləşdirmək istəmirdi. 

Lenin və Stalin Türkiyənin Acarıstan maraqlarından necə yan keçdilər?

Bu ciddi problem çox asan yolla həllini tapdı.

Acariya çoxillik tarixində 1910-1920-ci illərdə olduğu qədər mühüm hadisələr yaşamayıb. 1878-ci ildə Türkiyə Gürcüstan müsəlmanlarının yaşadığı, 16-cı əsrdən  Osmanlı imperiyasına  məxsus torpaqları Berlin müqaviəsinə görə Rusiya imperiyasına verdi. Amma 1920-ci ildə Türkiyə bu itki ilə barışa bilmirdi.

1923-ci ildə SSRİ hərbi kəşviyyatının əməkdaşı V.V. Yurkov yazırdı: “Birinci çahan müharibəsi vaxtı, 1914-ci ildə vilayət baş mollasının təsiri ilə Rusiyadan ayrılmaqla sakit çevrilişlə,1918-ci ildə Brest-Litovskidə bağlanmış müqavilədən sonra, sakit çevrilişlə, əslində türk ordusu işğal etməliydi”.

Yurkov daha sonra qeyd edir ki, acarlar  kütləvi şəkildə türk ordusuna  xidmətə çağrılandan sonra münasibət bir qədər dəyişdi. Buna görə də Türkiyə Acarıstana olan hüququnu  təsdiq etmək üçün referendum keçirmək qərarına gəldi.

Hərbi kəşviyyatçı yazırdı:  “Pleblist (latınca mühüm məsələni həll etmək üçün xalqın rəyini öyrənmək) əslində xalqın  rəyini əks etdirmirdi. Çünki türk jandarması birləşmək əleyhinə olanların hamısına nəzarət edirdi, narazıları Tükiyəyə göndərir, onları məcbur edirdilər ki, ya Türkiyə ilə birləşməyə səs versinlər, ya da referendumda heç iştiralk etməsinlər”.

1918-ci ilin axırında Batumi ingilislərin əlinə keçdi. Onlar da xalqın  rəyindən istifadə edərək Acarıstanın ingilislərin  tabeliyinə keçməsinə çalışdılar. Sonra Acarıstanı müstəqil Gürcüstan idarə etdi. Müstəqil Gürcüstan hakimiyyəti bolşeviklər tərəfindən devriləndən sonra rus qoşunları Batumiyə hücüma keçdilər.

Rus mənbəlrində göstərilir ki, bu hucumda ümumi razılığa görə türk qoşunları da iştirak edib. Acariyanın idarə olunması Türkiyəyə tapşırılıb.

1921-ci il martın 16-da Batumi yenidən Türkiyəyə birləşdirildi. Stalin bu birləşmə ilə heç cür barışmaq  istəmirdi. O1921-ci il martın 19-da Gürcüstanı sovetləşdirən Q.K.Orconkidzeye  teleqram göndərdi:

“Türklərlə bağlanan müqaviləyə görə Batumi Gürcüstanın tərkibinə verilib. Türkləri Batumidən qovmaq üçün güclü hücuma keçin, sonradan  bunu anlaşılmazlıq adlandırın. Komandirlər təşəbbüsü  öz əllərinə alsınlar”.

Türk qoşunları Batumi vermək niyyətində deyildilər. 1922-ci il noyabrın 9-da Stalin Rusiya Kommunist Pariyası Qafqaz təşkilatının sədri Orconkidzeye yeni bir teleqram vurdu:

“Ankaradan verilən məlumata görə, Türkiyə Acarıstanda referendum keçirmək üçün hazırlıq işləri aparır. Onlar Acarıstan və Gürcüstanı bir müxtariyyətdə birləşdirmək istəyirlər. Bu istiqamətdə Türkiyənin Fransadan və İngiltərədən kömək alacağı gözlənilıir. Türklər gizli şəkildə imza toplasalar, mühüm əhəmiyyət kəsb edəcək və aramızda münaqişə yarada bilər. Görünür ki, Acarıstanın bolşevik təşkilatları, yerli hakimiyyət, əhalinin bir hissəsii Türkiyənin tərəfindədir. Acarıstanı Ankaradan gələn  əməkdaşlardan təmizləmək üçün təcili tədbirlər görün, araqarışdıranları həbs edin, yerli hakimiyyəti  islamçılardan təmizləyin!”

İki gün sonra Stalin bu təklifi edir: “Təcili Batumi əhalisindən Acarıstanın tərkibindən çıxıb Gürçüctana birləşməsi haqqında kütləvi imza toplayın. Əgər buna nail olsanız, əgər bu Acarıstanda real vəziyyəti əks etdirən  sənədə çevrilsə, türklərin qurduğu oyun boşa çıxacaq, bu cəhd gülləsiz atəş olacaq”.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər