Modern.az

Zibilyığan yüzlərlə qədim kitabı kitabxanaya hədiyyə edib

Zibilyığan yüzlərlə qədim kitabı kitabxanaya hədiyyə edib

Aktual

19 Dekabr 2016, 20:15

Çində keçmiş zibilyığan Çen Quanvey yüzlərlə qədim kitabı kitabxanaya hədiyyə edib. Modern.az saytı xəbər verir ki, AzNews.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Sçuan əyalətinin 69 yaşlı sakininin kolleksiyası təxminən 50 min nəşrdən ibarətdir. O, bu yaxınlarda yerli kitabxanaya 1200-ə yaxın nadir nüsxə bağışlayıb.

 

Çen Quanvey istəyir ki, onun kitabları geniş auditoriyada yayılsın, hamı tanış olsun. Kolleksiyaçının sözlərinə görə, əsas məqsəd kitabların oxunmasıdır.

 

Çinli kitabları 1983-cü ildən yığmağa başlayıb. Həmin vaxt o, zibilxanada çalışırdı və elə kitabları da zibillikdən toplayıb. Tapdığı kitabları evə gətirib. Kolleksiyaçının nəvəsi deyir ki, onun babası kitabları öz həyatından dəyərli hesab edir.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər