Modern.az

Rusiyanın Türkiyədəki səfiri QƏTLƏ YETİRİLDİ

Rusiyanın Türkiyədəki səfiri QƏTLƏ YETİRİLDİ

Aktual

19 Dekabr 2016, 21:27

Türkiyədə silahlı hücuma məruz qalan Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dünyasını dəyişib. Modern.az saytı xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova səfirin öldüyünü təsdiq edib.

 

20:41

 

Rusiyanın Türkiyədəki səfirliyinə silahlı hücum olub. Modern.az “Milliyet”ə istinadən xəbər verir ki,  insident mədəniyyət mərkəzində rəsm sərgisinin açılışı zamanı baş verib. Belə ki, çıxış üçün tribunaya yaxınlaşan səfir silahlı hücuma məruz qalıb. Sərgi salonuna daxil olan naməlum silahlı şəxs səfir Andrey Karlova atəş açıb. Onun ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilir.

 

Rusiyanın Türkiyədəki səfirliyi hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər