Livan prezidenti Saad Xaririnin rəhbərlik edəcəyi Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, yeni hökumətdəki 30 nazir müxtəlif konfessiyaları təmsil edir.
Dövlət başçısının kürəkəni Cebran Basil Livanın xarici işlər naziri postunu qoruya bilib.
Məlumata görə, yeni hökumətin tərkibində iki erməni – Avetis Kitanyan və Jan Oqasabyan da var.
Livanda siyasi vakuum 2,5 il davam edib. Ölkənin keçmiş prezidenti Mişel Süleymanın müddəti başa çatandan sonra parlament kvorum olmadığı səbəbindən on dəfələrlə dövlət başçısını seçə bilməyib.
Prezidenti seçmək yalnız oktyabrın 31-də deputatlara nəsib olub. Ölkənin yeni başçısı general Mişel Aun seçilib.
Modern.az