ABŞ Dövlət Departamenti Ankarada Rusiya səfirinə olan hücumu pisləyir. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibliyinin sözçüsü Con Kirbi jurnalistlərə açıqlamasında verib.
Onun sözlərinə görə, səbəb və mənbənin nə olmasından asılı olmayaraq, ABŞ bu əməli pisləyir: “Yaxınlarına başsağlığı verir, səbir diləyirik”.
Bu arada Birləşmiş Millətlər Təşkilatı Ankarada Rusiyanın səfiri Andrey Karlovun silahlı hücum nəticəsində öldürülməsinə reaksiya bildirib.
BMT-ının rəsmi nümayəndəsi Stefan Dyujarrik cinayətkarların tezliklə cəzalandırılacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, səfir bir rəsm sərgisinin açılışı zamanı güllələnib.
Modern.az