Modern.az

Ərdoğan Putinlə telefon danışığını açıqlayıb: "Fikirlərimiz üst-üstə düşdü” 

Ərdoğan Putinlə telefon danışığını açıqlayıb: "Fikirlərimiz üst-üstə düşdü” 

Dünya

20 Dekabr 2016, 00:11

“Rusiya prezidenti Vladimir Putinlə bu hadisəni isti-isti dəyərləndirdik. Bu qətl Rusiya-Türkiyə münasibətlərinin normallaşmasını pozmağa yönəlmiş addımdır. Amma düşünürəm ki tərəflərin bu təxribata uymayacaq. Bununla bağlı Vladimir Putinlə fikirlərimiz üst-üstə düşdü”. Modern.az saytı xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə bağlı hadisəyə münasibət bildirərkən vurğulayıb.

 

Rusiya xalqına və prezidentinə başsağlığı verən Ərdoğan bildirib ki, səfir A. Karlovla bir həftə öncə görüşüb: “Onun Rusiya-Türkiyə münasibətlərinin normallaşması üçün önəmli addımlar atdığını düşünürəm”.

Ərdoğan qeyd edib ki, Rusiya prezidenti ilə telefon danışığında bir daha beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparmaqda israrlı olduqlarını vurğulayıblar: “Rusiya Karlovun cənazəsinin öz göndərdikləri təyyarə ilə aparılmasını, həmçinin bu qətlin araşdırılmasına Rusiya mütəxəssislərinin də qoşulmasını istədilər. Bizim tərəfimizdən bu məsələlərin heç birində problem olmadığını vurğuladıq”.

 

 Ərdoğan bildirib ki, rusiyalı həmkarı ondan Türkiyədəki rusiyalı diplomatlarının təhlükəsizliyi ilə bağlı tədbirlərin gücləndirilməsini xahiş edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU