Modern.az

Berlində terror: 12 ölü, 50 yaralı - YENİLƏNİB

Berlində terror: 12 ölü, 50 yaralı - YENİLƏNİB

Dünya

20 Dekabr 2016, 01:03

Berlində yük maşınının Milad bazarında iştirak edən insanlara çırpılması nəticəsində ölənlərin sayı 12-yə çatıb, 50-dək insan yaralanıb. Bu barədə alman polisi özünün “Tvitter” səhifəsində məlumat yayıb.

***

Berlində naməlum şəxsin yük maşını ilə insanları vurması nəticəsində zərərçəkən şəxslərin sayı açıqlanıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, insident nəticəsində 9 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Hadisə Yeni il yarmarkasında baş verib.

Yük maşınının sürücüsü saxlanılıb. Hadisənin terror aktı olduğu ehtimal edilir.  Berlin polisi sakinləri evdən çıxmamağa çağırıb.

 

00:20

 

Berlində yük maşını insan kütləsini əzib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, insident zamanı azı 9 nəfərin həlak olduğu bildirilir.

 

Baş verən hadisənin terror aktı olduğu ehtimal edilir.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU