Modern.az

“Biz bilməliyik ki, qatili ora kim göndərib" - Putin

“Biz bilməliyik ki, qatili ora kim göndərib" - Putin

Dünya

20 Dekabr 2016, 00:24

"Ankaradakı səfirimiz Andrey Karlov  alçaqcasına qətlə yetirilib. Sözsüz ki, bu hadisə iki ölkə arasındakı münasibətlərin normallaşmasının və Suriyadakı sülh prosesinin pozulmasına yönələn təxribatdır. Hansı ki, bu prosesi fəal şəkildə Rusiya, Türkiyə və İran həyata keçirir. Bu aksiyaya cavab ancaq bir şey ola bilər -  beynəlxalq terrora qarşı mübarizə səylərinin gücləndirilməsi. Rusiya İstintaq Komitəsində artıq baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb”. Modern.az saytı xəbər verir ki, APA-nın Moskva müxbirinin məlumatınaa görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

 

V. Putin Rusiya İstintaq Komitəsi nümayəndələrinin tez bir zamanda Ankaraya gedəcəklərini və türkiyəli həmkarları ilə birlikdə sui-qəsdin araşdırılmasına birgə iştirak edəcəklərini söyləyib: "Artıq bu barədə türkiyəli həmkarımla telefon danışığı zamanı razılıq əldə olunub. Biz bilməliyik ki, qatili ora kim göndərib".

 

Rusiya prezidenti mərhum səfirin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı göstəriş verib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU