"Rusiya Ankaradakı səfiri Andrey Karlovun qətlini cavabsız qoymayacaq". Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev bildirib.
"Sui-qəsdi təşkil edənlərin hamısı buna görə cavab verməlidirlər",-deyə Rusiya baş naziri vurğulayıb.
Qeyd edək ki, bu gün axşam saatlarında Rusiyanın Ankaradakı səfiri Andrey Karlov qatıldığı tədbirdə sui-qəsdə məruz qalıb. Terrorçu diplomata odlu silahdan bir neçə dəfə atəş açıb. Nəticədə səfir həyatını itirib.
Modern.az