Rusiyanın İrkutsk şəhərində “Boyarışnik” adlı spirtli içkidən zəhərlənib ölənlərin sayı 52 nəfərə çatıb.
Modern.az saytı “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə İrkutsk vilayətinin Səhiyyə idarəsi bildirib.
Hazırda xəstəxanada müalicəsi davam etdirilənlərin sayı 28 nəfərdir. Onlardan 13-nün vəziyyəti ağır olaraq qalır. Bu isə ölənlərin sayının artacağını istisna etmir.
Xatırladaq ki, kütləvi zəhərlənmə faktı dekabrın 18-də qeydə alınıb.
Modern.az