Modern.az

Qobustanda alovu 50 m hündürlüyə qalxan vulkan püskürüb (FOTOLAR)

Qobustanda alovu 50 m hündürlüyə qalxan vulkan püskürüb (FOTOLAR)

Ölkə

13 Mart 2011, 22:39

Martın 13-də Azərbaycanın Qobustan rayonu ərazisində Şıxzəyirli palçıq vulkanında püskürmə baş verib. Şahidlərin dediyinə görə püskürmədən öncə partlayış səsi eşidilib, palçıq brekçiyası püskürüb, sonra isə alov görünüb. Modern.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərdə bildirilib. Nazirlik bildirib ki, alovun hündürlüyü 50 m-dən çox olub. Baş verə biləcək fövqəladə halların qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri və xilasediciləri dərhal hadisə yerinə göndərilib.

Hazırda Şıxzəyirli palçıq vulkanında aktivləşmə getdikcə azalmağa başlayır. Vulkan ətrafında mövcud olan bəzi sopkalarda palçıq axını müşahidə olunur. Krater ətrafında dərin çatlar müşahidə olunur. Vulkan püskürməsi kənd əhalisi üçün təhlükə törətmir.

Mütəxəssislər araşdırmaları davam etdirirlər.

 

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK