Modern.az

Çavuşoğlu Ukraynaya səfərini təxirə saldı

Çavuşoğlu Ukraynaya səfərini təxirə saldı

Aktual

20 Dekabr 2016, 14:12

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada öldürülməsi ilə əlaqədar Ukraynaya səfərini təxirə salıb.

 

Modern.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə Türkiyə XİN-in nümayəndəsi məlumat verib.

 

Çavuşoğlu dekabrın 20-21-də Türkiyə-Ukrayna Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq çərçivəsində Ukraynaya səfər etməli idi.

 

XİN  nümayəndəsi qeyd edib ki, səfərin dəqiq tarixi barədə daha sonra məlumat veriləcək.

 

Mirmahmud KAZIMOĞLU

 

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər