Modern.az

“Təəssüf ki, itkin neftçilərdən yalnız birinin meyiti tapılıb”

“Təəssüf ki, itkin neftçilərdən yalnız birinin meyiti tapılıb”

Aktual

20 Dekabr 2016, 15:33

“İtkin düşən neftçilərin axtarışları davam etdirilir”.

 

Modern.az xəbər verir ki, bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

 

 O təəssüflə qeyd edib ki, itkin düşən neftçilərdən yalnız birinin meyiti tapılıb:

“Ümid edirik ki, bir neçə günə itkin düşənlər tapılar. Baş verən hadisəni araşdırmaq üçün yaradılan birgə komissiya işləyir, nəticə məlum olanda ictimaiyyətə məlumat veriləcək”.

 

Dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da aşırıb.

 İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. 
Onlardan 1 nəfərin meyiti sudan çıxarılıb.

Gülşən RAUFQIZI 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər