Modern.az

Ömürlük məhkumun vəkili hökumətlə yazışmalara başladı

Ömürlük məhkumun vəkili hökumətlə yazışmalara başladı

Aktual

20 Dekabr 2016, 16:20

Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum olunan Vüqar Əliyevin vəkili Əsabəli Mustafayev hökumətlə yazışmalara başlayıb.

 

Bu haqda Modern.az-a məlumat verən Ə.Mustafayev yazışmaların məxfi olduğunu deyir:

“Məhz məxfilik baxımından detalları açıqlaya bilmirəm”.

V.Əliyevlə mütəmadi görüşdüyünü bildirən vəkil, onun həbsxana rəhbərliyi tərəfindən təzyiqlərə məruz qaldığını qeyd edib.

Ə.Mustafayev eyni zamanda müvəkkilinin azadlığa qovuşacağına inandığını bildirib:

“Əgər inam olmasaydı, bu işə başlamazdıq. Ancaq istənilən halda nəticəni gələcək göstərəcək”.

Qeyd edək ki, vəkil bir müddət əvvəl V.Əliyevlə bağlı Avropa Məhkəməsinə müraciət olunduğunu bildirmişdi.

Vüqar Əliyev 2003-cü ildə Aslan Aslanovun oğlu Ruslan Aslanovun öldürülməsində təqsirli bilinərək ömürlük həbs cəzası alıb. O, Qobustan qapalı həbsxanasına saxlanılır. Hadisədə onunla birlikdə həbs edilərək 12 il həbs cəzası alan Lamiyə Quliyeva Baş Prokurorluğun verdiyi protestlə 2015-ci ilin fevralında azadlığa buraxılıb.

 

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər