Modern.az

DTX Azərbaycandan külli miqdarda qızıl çıxarmaq istəyənləri tutdu  

DTX Azərbaycandan külli miqdarda qızıl çıxarmaq istəyənləri tutdu   

Aktual

20 Dekabr 2016, 17:49

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində ölkədən qaçaqmalçılıq yolu ilə külli miqdarda qızıl məmulatlarının çıxarılmasının qarşısı alınıb.

 

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr mərkəzindən Modern.az-a verilən məlumata görə, 2016-cı il dekabrın 18-də Biləsuvar gömrük idarəsinin gömrük keçid məntəqəsindən gömrük nəzarətindən gizli ümumi çəkisi 2 kiloqram 145 qram olan qızıl külçələri və digər qızıl məmulatlarını xarici ölkə vətəndaşları ilə sövdələşərək ölkədən çıxarmaqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - F.Allahverdiyev, F.Məmmədov, Ə.Rəhimov, E.Hüseynov və E.Seyidov saxlanılıblar.

 

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər