Modern.az

Türkiyədə Asiya və Avropanı birləşdirən tunel açıldı

Türkiyədə Asiya və Avropanı birləşdirən tunel açıldı

Aktual

20 Dekabr 2016, 18:01

Türkiyənin İstanbul şəhərində iki qitəni - Asiya və Avropanı suyun altından avtomobil yolu ilə birləşdirən Avrasiya Tunelinin açılışı olub.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, mərasimdə həm Türkiyə, həm də xarici ölkələrin hökumət rəsmilıri iştirak ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binali Yıldırım tədbirdə çıxış ediblər.

İstanbul boğazının altından keçən bu tunelin istifadəyə verilməsi ilə iki qitə arasındakı məsafəni avtomobillə 15 dəqiqəyə qət etmək mümkün olacaq. 106 metr dərinlikdə tikilən Avrasiya Tuneli ikimərtəbəli yol ilə avtomobillərin hərəkəti üçün nəzərdə tutulub. Layihənin ümumi uzunluğu 14,6 kilometrdir. 5,4 kilometrlik hissəsi isə dənizin altına xüsusi texnologiya ilə inşa edilən ikimərtəbəli tuneldən ibarətdir.

Mərasimdə bildirilib ki, ilin sonunadək tuneldən keçid 15 türk lirəsi olacaq. Bu vəsait şəhid və qazilər üçün yaradılmış fonda toplanacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər