Modern.az

Prezidentin iştirakı ilə açılan tunelində qəza olub  

Prezidentin iştirakı ilə açılan tunelində qəza olub   

Dünya

20 Dekabr 2016, 20:57

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə bu gün açılış mərasimi olan “Avrasiya” tunelində ilk qəza baş verib. Modern.az saytı xəbər verir ki, CNN Türk-ün məlumatına görə, təhlükəsizlik məqsədilə tuneldə vəzifə alan polis qrupları açılış mərasimi bitdikdən sonra “Avrasiya” tunelindən ayrılmaq üçün hərəkətə keçib. Bu zaman polis qruplarını daşıyan avtobusun tavanı tunelin girişində olan və yüksəkliyi 2 metr 80 santimetr olan dəmirlərə ilişib.

 

İrəliləmək üçün çalışan avtobus sürücüsü dəmirləri keçə bilmədiyinə görə, məcbur arxaya sürüb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU