Avropa İttifaqı (Aİ) ölkələrinin Daimi Nümayəndələr Komitəsi Gürcüstanla viza rejiminin ləğvinə dair qaydalara dəyişikliyi təsdiqləyib. Modern.az saytı Gürcüstan istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər naziri Mixail Canelidze deyib.
Nazir bildirib ki, bu mürəkkəb və uzun proses tezliklə bitəcək.
Qeyd edək ki, Gürcüstan 2012-ci ildən Aİ ilə viza rejiminin liberallaşdırılması istiqamətində danışıqlara başlayıb.
Qanun layihəsi təsdiqlənsə, Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan ölkələrə 90-180 gün müddətində vizasız səfər edə biləcəklər.
Modern.az