Modern.az

Kayseridəki terrora görə məsuliyyəti TAK öz üzərinə götürüb

Kayseridəki terrora görə məsuliyyəti TAK öz üzərinə götürüb

Dünya

20 Dekabr 2016, 21:45

“Kürdüstan Azadlıq Şahinləri” (TAK) qruplaşması Kayseridəki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, Kürd Fəhlə Partiyası (PKK) terror təşkilatı ilə əlaqəli olan TAK qruplaşması  dekabrın 10-da İstanbulun mərkəzindəki “Vodafon” stadionunun qarşısında törədilən iki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edək ki,  bir neçə gün əvvəl Kayseridə törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 55 nəfər yaralanıb. Terrorçu-kamikadzenin idarə etdiyi avtomobil içərisində hərbçilərin olduğu avtobusa çırparaq, partlayıcı qurğunu işə salıb. Həmin partlayışlar nəticəsində 44 ölüb, 38 nəfər yaralanıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU