Modern.az

Andrey Karlovun cənazəsi Moskvaya aparılıb

Andrey Karlovun cənazəsi Moskvaya aparılıb

Aktual

20 Dekabr 2016, 21:58

Türkiyədə qətlə yetirilən Rusiya səfiri Andrey Karlovun cənazəsi Moskvaya gətirilib. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, artıq təyyarə "Vnukovo" hava limanında yerə enib. Təyyarənin göyərtəsində Karlovun həyat yoldaşı da olub. Onu həkim və Rusiya FHN-nin psixoloqu müşayiət edib. 

Rusiya XİN rəhbəri Sergey Lavrov və Moskvada səfərdə olan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu da təyyarəni qarşılayanlar arasında olublar.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dünən bir rəsm sərgisində çıxışı zamanı güllələnib.

           

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər