Modern.az

Azərbaycan ərazisində analoq yayım tam dayandırılıb

Azərbaycan ərazisində analoq yayım tam dayandırılıb

Aktual

20 Dekabr 2016, 22:29

Bu gündən etibarən bütün respublika ərazisində tam olaraq rəqəmli televiziya yayımına keçilib və analoq yayım dayandırılıb.  Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Modern.az saytına verilən məlumata görə, rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradır.

 

Rəqəmli yayıma keçidin bir üstünlüyü də ondan ibarətdir ki, hər bir bölgədə bütün televiziyaların yayımı vahid stansiyadan həyata keçirilir. Yəni, əhali quraşdırdığı antenaları bir istiqamətə yönəltməklə, açıq paketlə yayımlanan bütün kanalları rahat izləyə bilər.

 

Bununla da, ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının rəqəmli televiziya yayımına keçidlə bağlı müvafiq öhdəliyini yerinə yetirdi.

 

Qeyd edək ki, Azərbaycan MDB-də tam olaraq rəqəmli yayıma keçən ikinci ölkədir.

 

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 2014-cü il dekabrın 10-dan, Bakı və Abşeron yarımadasında isə bu il noyabrın 1-dən keçilib.

 

Rəqəmli televiziya yayımına keçidlə bağlı yaranan hər hansı problem və sualla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1411 nömrəli “Qaynar xətt”inə zəng etmək olar.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər