Modern.az

Rusiyada kütləvi ölümə görə 11 nəfər saxlanıldı

Rusiyada kütləvi ölümə görə 11 nəfər saxlanıldı

21 Dekabr 2016, 09:15

Rusiyanın İrkutsk şəhərində “Boyarışnik” adlı saxta spirtli içkidən kütləvi zəhərlənməyə görə 11 nəfər saxlanılıb.

Modern.az saytı “Ria Novosti”yə istinadən  xəbər verir ki, bu barədə İrkutsk vilayətinin Polis İdarəsindən bildirilib.

Polisin həyata keçirdiyi əməliyyat nəticəsində 12 ton saxta alkoqollu işki müsadirə olunub.

Xatırladaq ki, “Boyarışnik” adlı saxta spirtli içkidən kütləvi zəhərlənmə faktı dekabrın 18-də qeydə alınıb. Hadisə nəticəsində 102 nəfər zəhərlənib ki, onlardan da 58-i ölüb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu