Modern.az

Seçkidə məğlub olan prezident postundan getmək istəmir

Seçkidə məğlub olan prezident postundan getmək istəmir

21 Dekabr 2016, 11:32

Qambiya prezidenti Yayya Camme mandatı başa çatandan sonra istefaya getməkdən imtina edib.

 

“Mən qorxaq deyiləm. Mənim hüquqlarımı pozmaq olmaz. Mənim mövqeyim belədir. Allahdan başqa heç kəs məni qələbədən məhrum edə bilməz. Mən öz postumdam getməyəcəyəm”, - Modern.az xarici mediaya istinadən bildirir ki, Camme belə bəyanatla çıxış edib.

 

Bundan əvvəl BMT-nin Qərbi afrika üzrə xüsusi təmsilçisi Muhammed İbn Çambas bəyan edib ki, qambiya prezidenti yanvarın 19-da mandatı başa çatandan sonra hakimiyyətdə qalmağa cəhd etsə, ciddi sanksiyalarla üzləşəcək.

 

Qambiyada prezident seçkiləri dekabrın 1-də keçirilib. Seçki komissiyasının məlumatına görə, müxalifətdə olan Qambiya birləşmiş demokratik partiyasının namizədi Adam Barrou səsvermə nəticəsində 45,5 faiz səs toplayaraq qələbə qazanıb.

 

Ölkənin hazırkı prezidenti 36,7 faiz səs toplaya bilib.

 

Camme açıq şəkildə bəyan edib ki, səsvermənin nəticələrini tanımır və seçkinin gedişindəki pozuntular ciddi və qəbuledilməzdir.

 

Prezident öz məğlubiyyəti ilə bağlı Ali Məhkəməyə müraciət etmək niyyətindədir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər