Modern.az

İran prezidenti Həsən Ruhani Yerevandadır

İran prezidenti Həsən Ruhani Yerevandadır

21 Dekabr 2016, 11:41

İran prezidenti Həsən Ruhani bu gün Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə Yerevana rəsmi səfər edib.

 

 

Modern.az Ermənistan mediasına istinadən bildirir ki, Həsən Ruhani elə bu gün Serj Sarkisyan və baş nazir Karen Karapetyanla görüşəcək.

 

 

Ermənistan-İran prezidentləri səviyyəsində keçirilən danışıqlardan sonra iki ölkə arasında ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin nəzərdə tutan bir sıra sənədlər imzalanacaq.

 

 

Bundan sonra hər iki ölkənin prezidenti danışıqların nəticələri ilə bağlı KİV qarşısında bəyanatla çıxış edəcək.

 

 

Həsən Ruhani və Serj Sarkisyan İran-Ermənistan biznes-forumunda da iştirak edəcəklər.

 

 

İran prezidenti Ermənistandan sonra Qazaxıstana və Qırğızıstanda da səfər edəcək.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər