Modern.az

Toponomiya Komissiyası niyə toplanmır? - AÇIQLAMA  

Toponomiya Komissiyası niyə toplanmır? - AÇIQLAMA   

21 Dekabr 2016, 12:21

Azərbaycanda yer adlarının dəyişidilməsi ilə məşğul olan Milli Məclis yanında  Toponomiya Komissiyası fəaliyyət göstərir. Bu komissiyanın uzun müddətdir ki, iclası keçirilmir.

 

Məsələ ilə bağlı Modern.az saytına Toponomiya Komissiyasının üzvü, deputat Musa Quliyev açıqlama verib.

 

Musa Quliyev komissiyanın iclaslarının yerli icra hakimiyyəti orqanlarından və bələdiyyələrdən məktublar daxil olduqda keçirildiyini bildirib.

 

“Həmin məktublara əsasən, yeni yaradılan yaşayış məntəqələrinə adlar verilir. Həmçinin təklifdə göstərilən mövcud adların dəyişdirilməsi məsələsinə baxılır. Toponomiya Komissiyası yalnız yerli təşəbbüslə məktublar daxil olduqda toplanır. Görünür ki, hələ bununla bağlı elə bir ehtiyac yoxdur. Ona görə də komissiyanın iclasları keçirilmir. Bunun başqa bir səbəbi yoxdur”.

 

Deputat həmçinin yaxın vaxtlarda da komissiyanın iclaslarının keçirilməsinin gözlənilmədiyini deyib.

 

“Çünki cəmi bir iclasdan sonra Milli Məclisin payız sessiyası bitir. Yəqin ki, yaz sessiyasına kimi komissiya ilə bağlı materiallar daxil olar”.

 

Mirmahmud KAZIMOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər