Modern.az

4 nəfər ailə üzvünü itirən köçkünə maddi yardım verildi

4 nəfər ailə üzvünü itirən köçkünə maddi yardım verildi

21 Dekabr 2016, 12:21

Noyabrın 29-da paytaxtın Nizami rayonu ərazisində Elşən Süleymanov küçəsi, 49 ünvanında yerləşən tikintisi yarımçıq qalmış binada yanğın baş verib. Faciə nəticəsində 4 nəfər ailə üzvü həlak olmuş Füzuli rayonundan olan məcburi köçkün Babaşov Əkbər Haqverdi oğluna Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq birdəfəlik maddi yardım ayrılıb.

Bu haqda Qaçqınların və Məcburi Köçkünlərin işlər üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov dekabrın 16-da dövlət tərəfindən ayrılmış birdəfəlik maddi yardımı Babaşov Əkbər Haqverdi oğluna təqdim edib.

Söhbət zamanı Gəray Fərhadov qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu deyib. O, həmçinin bildirib ki, məcburi köçkünlərin məskunlaşdığı və yanğın baş vermiş həmin ərazinin özəl şirkətlərin biri tərəfindən alındığı üçün hazırda Nizami rayon icra hakimiyyəti tərəfindən həmin şirkətlə danışıqlar aparılır.

Həmin gün fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası ilə əlaqələndirilən humanitar təşkilatlardan biri olan “Gəncliyə Yardım" fondu tərəfindən Babaşov Əkbər Haqverdi oğlunun ailəsinə müvafiq ev əşyaları təqdim edilib.

Füzuli rayonundan olan məcburi köçkün Babaşov Əkbər Haqverdi oğlu baş vermiş hadisə ilə əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində atılan addımlara görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.

 

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər