“Agentlik tərəfindən paytaxtda yerləşən piyada keçidləri araşdırılıb və 413 piyada keçidinin normalara uyğun quraşdırılmadığı aşkarlanıb”.
Modern.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli jurnalistlərə açıqlamasında bildirib.
V.Kərimli bildirib ki, nəqliyyat sıxlığının aradan qaldırılması və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bəzi məntəqələrdə piyadaların hərəkətinin xüsusi düymə ilə idarə olunan işıqforla nizamlanması haqqında təklif hazırlanıb:
“Bakı şəhərinin 37 əsas küçə və prospektində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi haqqında təkliflər hazırlanaraq Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edilib”.
Gülşən RAUFQIZI