Modern.az

Ayaqqabısında 120 min dollar aparanlar saxlanıldı - FOTO

Ayaqqabısında 120 min dollar aparanlar saxlanıldı - FOTO

21 Dekabr 2016, 12:37

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin “Samur” gömrük postunda Rusiya Federasiyası istiqamətinə gedən üç Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

 

Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda qeyd olunub ki, şəxsi yoxlama nəticəsində həmin şəxslərdən iki nəfərinin ayaqqabılarında, bir nəfərinin isə corablarında, gömrük nəzarətindən gizlədilmiş, cəmi 120.000 ABŞ dolları aşkar olunaraq götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər