Modern.az

Ehtiram Hüseynov solo-konsert verəcək

Ehtiram Hüseynov solo-konsert verəcək

Aktual

21 Dekabr 2016, 13:03

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, tanınmış muğam ifaçısı Ehtiram Hüseynov dekabrın 29-da Beynəlxalq Muğam Mərkəzində solo-konsertlə çıxış edəcək.

Modern.az xəbər verir ki, “Vətəni sevməyən insan olmaz” adlı solo-layihə respublikanın əməkdar artisti, tarzən Əliağa Sədiyevlə birlikdə həyata keçiriləcək. “Adından və tarixindən də göründüyü kimi, bu dəfə konserti Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr etmişik. Bu mənim sayca üçüncü solo- konsertim olacaq. Hazırda məşqlərimiz davam edir. İnanıram ki, bu dəfə də muğam sevənlərin ürəyincə olan uğurlu bir konsert alınacaq”- deyə E. Hüseynov bildirib.
Konsertin proqramını açıqlamayan xanəndə, muğam həvəskarlarına əsl bayram axşamı yaşadacaqlarına söz verib. Konsertdə ifaçını Əliağa Sədiyevin rəhbərlik etdiyi “Xarı Bülbül” muğam qrupu müşayiət edəcək. Dekabrın 29-u saat 19:00-da başlayacaq konsertə biletləri şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən və iticet.az saytından əldə etmək olar.



Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər