Modern.az

Xocalı soyqırımının 25 illiyi ilə bağlı hansı tədbirlər olacaq?

Xocalı soyqırımının 25 illiyi ilə bağlı hansı tədbirlər olacaq?

21 Dekabr 2016, 14:00

“Xocalı faciəsinin 25 illiyi ilə bağlı dövlət başçısının xüsusi sərəncamı və tədbirlər planı olacaq. O zaman hər şey açıqlanacaq”. Bunu Modern.az-a açıqlamasında deputat Elman Məmmədov Xocalı soyqrımının 25 illiyi ilə bağlı keçiriləcək tədbirlər planından danışarkən deyib.

 

Deputat bildirib ki, bu cür məsələlərə kampaniya formasında yanaşılmamalıdır.

 

“Mütləq tədbir keçirmək üçün hansısa hadisənin ildönümünü gözləməliyik və buna hazırlaşmalıyıq?!  

 

Bu, mütəmadi olaraq il ərzində aparılan işdir. Cənab prezident İlham Əliyev, Heydər Əliyev Fondunun rəhbərliyi  və başqa qurumlar tərəfindən il ərzində Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması üçün təbliğat-təşviqat işləri aparılır. Müxtəlif tədbirlər keçiririk. Müxtəlif bəyanatlar verilir, müraciətlər qəbul olunur.

 

İlbəil tanıtmanın daha mütərəqqi formaları işlənib hazırlanır. Xüsusilə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın apardığı işləri çox yüksək dəyərləndirmək olar. Belə məsələlərdə heç kim heç kimdən “kim nə etdi” deyə  gözləməməlidir. Hər kəs çalışdığı sahədə bacardığı qədər bu işə kömək olmalıdır”.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər