Şuşa rayon İcra Hakimiyyəti, «Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması» İctimai Birliyi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə görkəmli tarzən Sadıqcanın 170 illik yubileyi qeyd olunub.
Modern.az xəbər veriri ki, bununla bağlı keçirilən tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, «Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması»nın İdarə Heyətinin sədri Bayram Səfərov çıxış edib.
B.Səfərov Qarabağda, Şuşada "Cıdır düzü"ndə, "İsa bulağı"nda yenə "Qarabağ şikəstəsi"nin səslənəcəyinə, musiqi bayramları, festivalların, keçiriləcəyinə əmin olduğunu bildirib.
Sonra Sadıqcan haqqında çəkilmiş videoçarx nümayiş olunub, tarzən haqqında Gülhüseyn Kazımlının redaktorluğu ilə nəşr edilən kitabın təqdimatı olub.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva və Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova kitab haqqında fikirlərini söyləyiblər.
Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında «Oxu tar» kompozisiyası nümayiş olunub, Azərbyacan Respublikasının əməkdar artistləri Təyyar Bayramov və Ehtiram Hüseynov öz ifaları ilə tədbirə rəng qatıblar.
Tədbirin sonunda Sadıqcanın kötücəsi Elxan Cəfərov şəcərəsi adından bütün təşkilatçılara təşəkürünü bildirib.
Natiq Mahmudov