Modern.az

Nigeriyada yük maşını 12 məktəblini öldürüb  

Nigeriyada yük maşını 12 məktəblini öldürüb   

21 Dekabr 2016, 22:03

Nigeriyada yol qəzası 12 məktəblinin həyatına son qoyub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, insident Qombe ştatında qeydə olunub. Hadisə nəticəsində 19 nəfər xəsarət alıb.

Məlumata görə, yüksək sürətlə hərəkət edən yük maşını məktəblilərin iştirak etdiyi dini izdihama çırpılıb. Şahidlərin verdiyi xəbərə görə, bundan qəzəblənən kütlə sürücünü öldürüb, maşınını isə yandırıb. Hadisə ilə əlaqədar araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu