Almaniyada baş vermiş terror hadisəsində şübhəli bilinən şəxs barəsində axtarış elan edilib. Modern.az saytı xəbər verir ki, bu 24 yaşlı Tunisli Anis Amridir. Terrorçunun yeri barədə məlumat verən şəxs isə 100 min avro mükafat alacaq.
Qeyd edək ki, Berlində Milad yarmarkasında yük maşınının yüksək sürətlə insanların üzərinə sürülməsi nəticəsində 12 nəfər həlak olub, 50-yə yaxın adam yaralanıb.
Modern.az