Rusiyanın Nəqliyyat Nazirliyi Tacikistana bu ölkə ilə hava əlaqəsinin kəsilməsi ilə bağlı xəbərdarlıq edib. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, bu gecə saat 00:00-da Rusiya ilə Tacikistan arasında təyyarələrin uçuşlarına qadağa qoyula bilər.
Buna səbəb Tacikistan tərəfinin “Yamal” aviaşirkətinin təyyarələrinə Moskvadakı yeni “Jukovski” hava limanından Xucand şəhərinə reyslərə icazə verməməsidir.
Modern.az