Modern.az

Ağcabədi sakini dostunu qətlə yetirdi

Ağcabədi sakini dostunu qətlə yetirdi

Aktual

21 Dekabr 2016, 23:44

Ağcabədi rayonunda qətl hadisəsi törədilib. Modern.az saytı xəbər verir ki, Teleqraf.com-un məlumatına görə, Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Namiq Kərimov bıçaqlanıb.

 

O, xəstəxanaya aparılarkən yolda ölüb. İlkin məlumata görə, Namiq Kərimov dostu tərəfindən qətlə yetirilib. Hazırda polis və prokurorluq əməkdaşları cinayəti törədən şəxsin müəyyən edilərək həbsi istiqamətində əməliyyat tədbirləri görürlər.

 

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər