Modern.az

Paytaxtda mənzil qarət edildi - VİDEO

Paytaxtda mənzil qarət edildi - VİDEO

Aktual

21 Dekabr 2016, 23:59

Paytaxtın Sabunçu rayonu ərazisində mənzildən 20 min dollar, qızıl-zinət əşyaları və odlu silahlar oğurlanıb. Modern.az saytı xəbər verir ki, “Xəzər xəbər”in məlumatına görə, Suraxanıda isə evə girən oğrular 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayıblar.

 

Mənzilə girən oğrular 20 min dollar, qızıl-zinət əşyaları və odlu silahlar götürüb aradan çıxıblar

 

Hadisə Bakıda Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. Əli Kərim küçəsi ev 12 a ünvanında 26 nömrəli mənzildən oğurluq olub. Evdən 20 min dollar, 20 min manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd ov tüfəngi oğurlanıb.

 

Naməlum şəxslər Mayıl Şahverdiyevə məxsus mənzilə, pəncərənin dəmir barmaqlıqlarını qıraraq daxil olublar.

 

Daha bir oğurluq hadisəsi ötən gün Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində 5 nömrəli evdə qeyda alınıb. Sahibi Bəşir Nəbiyev evdə olmadığı zaman oğrular açar seçmə yolu ilə evə daxil olaraq 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər