Modern.az

“Ceyş əl-Fəth” Andrey Karlovun qətlində iştirakını təkzib edib

“Ceyş əl-Fəth” Andrey Karlovun qətlində iştirakını təkzib edib

22 Dekabr 2016, 00:13

“Ceyş əl-Fəth” ("Fəth ordusu") hərbi qruplaşması  Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlində əlinin olmasını təkzib edib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan SITE Intelligence Group təşkilatı məlumat verib.

 

Məlumata əsasən, qruplaşma bundan əvvəl yayılan məlumatları saxta adlandırıb. Bu gün “As-Sumariya” telekanalı xəbər verib ki,  “Ceyş əl-Fəth”  hərbi qruplaşması  Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinə görə məsuliyyəti üzərinə götürüb.

 

“Ceyş əl-Fəth” ("Fəth ordusu") Suriyanın İdlib şəhərində müxalif qrupların bir araya gələrək yaratdığı qruplaşmadır. Qruplaşmanın tərkibinə “Əl Nüsra Cəbhəsi”, “Əhrar-uş-Şam”, “Liva əl-Haqq”, “Şam Legionu”, “Cund əl-Aksa”, “Ceyşül Sünnət” və “Əcnəd əl-Şam” qrupları daxildir.

 

Xatırladaq ki, dekabrın 19-da Ankarada Müasir İncəsənət Mərkəzində Rusiyanın Türkiyədəki səfiri A.Karlov qətlə yetirilib.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu