Rusiya paytaxtı Moskva şəhərinin cənubunda yerləşən “Kolomensk” metro stansiyasının keçidində partlayış olub.
Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə "Kolomenskaya" metrostansiyasının vestibülündə baş verib.
Partlayış nəticəsində üç nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.
Hadisə yerinə xeyli sayda polis maşını, iki təcili tibbi yardım və dörd yanğınsöndürən maşın cəlb olunub.
Polis hadisənin qaz balonunun partlaması nəticəsində baş verdiyini açıqlayıb. Məlumata görə, yanğın söndürülüb.
Mirmahmud KAZIMOĞLU