Modern.az

Bakıda avtobus 3 nəfəri vurdu

Bakıda avtobus 3 nəfəri vurdu

Aktual

22 Dekabr 2016, 12:46

Dekabrın 21-də saat 07 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Müşfiq Şıxəliyev idarə etdiyi "Daevoo" markalı 20 saylı  xətt avtobusu ilə yolun kənarında dayanmış paytaxt sakinləri Mahmud Cəfərovu, Mələk Zülfüqarovanı və Habil Ağayevi vurub.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə nəticəsində M.Cəfərov yerindəcə ölüb,  digər 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər