Bakıda daha 3 nəfər dəm qazından boğulub.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, dekabrın 21-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan Siyavuş Fərzəliyev, Sabunçu rayonu ərazisində yaşayan Kəmalə Qarayeva və 2 yaşlı qızı Nərgiz Orucova evlərində dəm qazından zəhərlənərək ölüblər.
Araşdırmalar aparılır.
Modern.az