Modern.az

NİDA üzvü ilə bağlı apellyasiya şikayəti verilib

NİDA üzvü ilə bağlı apellyasiya şikayəti verilib

Aktual

22 Dekabr 2016, 13:59

NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun barəsindəki cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli hökmündən apellyasiya şikayəti verilib.

 

Bu haqda Modern.az-a onun hüquqlarını müdafiə edən Elçin Sadıqov məlumat verib.

O, şikayəti bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etdiyini bildirib:

“Apellyasiya şikayətində işə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını, Bayram Məmmədovun İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 3,5,6,8,10,13 və 18-ci maddələri ilə təminat verilən hüquqlarının pozulmasının tanınmasını və Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.12.2016-cı il tarixli hökmünün ləğv edilərək Bayram Məmmədova bəraət verilməsini tələb etmişəm”.

B.Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik əldə etmə və saxlama) maddəsi ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

 

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər