Dünya Futbol Federasiyaları Konfederasiyası (FİFA) milli yığma komandaların yeni reytinq cədvəlrini açıqlayıb.
Modern.az xəbər verir ki, reytinq siyahısında Azərbaycan yığması 386 balla 90-cı pillədə qərar tutub. Gürcüstan 281 balla 118-ci, Ermənistan 412 balla 86-cı, Rusiya 592 balla 56-cı, İran 814 balla 29-cu və Türkiyə isə 851 balla 24-cü pillədə yer alıb.
Reytinq siyahısının liderləri Argentina (1634 bal), Braziliya (1544 bal), Almaniya (1433 bal), Çili (1404) və Belçika (1368 bal) yığma komandalarıdır.
Vüqar İSMAYILOV