Modern.az

NATO Rusiya sərhədlərində gücünü 3 dəfə artırıb

NATO Rusiya sərhədlərində gücünü 3 dəfə artırıb

Aktual

22 Dekabr 2016, 15:48

Rusiya müdafiə naziri Sergey Şoyqu NATO-nun Rusiya sərhədlərində gücünü artırdığını bildirib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, nazirin sözlərinə görə son 3 ildə alyans Rusiya sərhədlərində öz potensialını 3 dəfə artırıb.

 

“NATO son 10 ildə Rusiya sərhədlərində kəşfiyyat uçuşlarını 3 dəfə, cənub-qərb istiqamətində isə 8 dəfə artırıb”.

 

Nazirin sözlərinə görə 1990-cı illərdə belə uçuşların sayı 107, 2000-ci illərdə 298, təkcə 2016-cı ildə isə 852-yə çatıb. O həmçinin Arktika, Qara dəniz və Baltikada rus aviasiyasının uçuşlarını 61% artırdığını bildirib.

 

Vladimir Putin isə sərhəd perimetri boyu hərbi potensialın gücləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb.

 

Vüqar İSMAYILOV  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?